Standard Computers müasir texnologiya sahəsində etibarlı və funksional kompüter həlləri təqdim edən ixtisaslaşmış şirkətdir. Bizim əsas məqsədimiz müştərilərimizə yalnız məhsul satmaq deyil, real ehtiyaclara cavab verən texniki həllər təqdim etməkdir.
Hər bir kompüter sistemi bizim üçün detallı planlama tələb edən bir layihədir. İstifadə məqsədi analiz edilir, uyğun komponentlər seçilir və sistem performans, sabitlik və təhlükəsizlik baxımından test olunur. Bu yanaşma sayəsində təqdim etdiyimiz sistemlər uzunömürlü və etibarlı olur.
Fəaliyyət sahəmiz fərdi kompüter yığımı, texniki servis və təmir, proqram təminatının quraşdırılması və korporativ IT həllərini əhatə edir. Təcrübəli komandamız hər bir layihəyə peşəkar yanaşaraq vaxtında və keyfiyyətli xidmət göstərir.
Doğru planlama
Peşəkar icra
Etibarlı texniki dəstək
Davamlı inkişaf
Müştərinin ehtiyacına uyğun olaraq Gaming, ofis və peşəkar kompüterlərin sıfırdan yığılması və test edilməsi.
Kompüter və noutbuklarda nasazlıqların diaqnostikası, təmir, hissə dəyişimi və performans optimizasiyası.
Windows, drayverlər, ofis proqramları, antivirus və digər lazımi proqramların peşəkar quraşdırılması.
İllik Təcrübə
Filial
Müştəri bazası
Satılmış Komputer
Bizim üçün kompüter sadəcə texniki avadanlıq deyil — insanın
işini, yaradıcılığını və gündəlik həyatını asanlaşdıran əsas alətdir. Məhz buna görə hər
bir sistemi ehtiyaca uyğun planlayır, detallara xüsusi diqqət ayırırıq.
Şirkətimiz fəaliyyətini dürüstlük, keyfiyyət və davamlı texniki dəstək prinsipləri
üzərində qurub. Məqsədimiz yalnız satış deyil, uzunmüddətli əməkdaşlıq və etibarlı
texnoloji həllər təqdim etməkdir.
Standard Computers olaraq fəaliyyətimizi yalnız təcrübəyə deyil, rəsmi bilik və beynəlxalq standartlara əsaslanaraq qururuq. Sahə üzrə əldə etdiyimiz sertifikatlar komandamızın texniki biliklərini, peşəkarlığını və davamlı inkişafını təsdiqləyir.